Şamaxıda 4 otaqlı ev yanaraq külə dönüb. Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən gecə saatlarında rayonunun Muğanlı kəndində qeydə alınıb.
Kənd sakini Arzu Rəsulovaya məxsus ümumi sahəsi 126 kv. m olan 1 mərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunsa da, ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırma aparılır.