Salyanda 10 yaşlı uşaq kanalda boğulub.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Şirin Su kanalının Qaraçala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 2006-cı il təvəllüdlü Dadaşlı Emil Əvəzağa oğlunun suda batması haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq E.Dadaşlının cəsədinı batdığı yerdən 500 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.