Bu Salyanda baş verən dəhşətli qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Lent.az-ın məlumatına görə, qəzanın fotoları sosial şəbəkədə yayılıb. Qəzaya düşən maşınlardan biri yol polisi xidmətinə aiddir. Xəbərə görə, "Mercedes" markalı avtomobillə xidmət aparan Yol Patrul Xidmətin maşını toqquşub.
Faktla bağlı araşdırma aparılır.
***
Ələt-Astara avtomobil yolunun 45-ci km-də, Salyan rayon ərazisində “BMW” və “Mercedes” toqquşub.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Mercedes" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarılıb və aidiyyəti üzrə təhvil veriblər.