Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə artıq şahidlərinin dindirilməsi başa çatıb.
Jurnalistin vəkili Fuad Ağayev bildirib ki, şahidlərin heç biri Rauf Mirqədirovun əleyhinə heç biri ifadə verməyib. Vəkilin sözlərinə görə, gələn prosesdə ola bilər ki, məhkəmə istintaqı başa çatsın.
Məhkəmə prosesi dekabrın 14-də davam edəcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.