Bakı Şəhəri üzrə Təhsil idarəsi Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə şagirdin şagirdi bıçaqlamasına münasibət açıqlayıb. BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şagirdlər arasında tənəffüs vaxtı baş verən hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət sektoru və hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
11:09
Bakıda orta məktəb şagirdi bıçaqlanıb.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 286 saylı orta məktəbin qarşısında qeydə alınıb. Həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.
Nəticədə X. Ramazanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.