XƏBƏRDARLIQ:   Yaxın saatlarda  güclü maqnit qasırğası   başlayacaq
01 iyul 2025 21:52 (UTC +04:00)

XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq

Güclü maqnit qasırğası yaxın saatlarda Yer kürəsini bürüyəcək və bu, planetimizdə bir çox insanların sağlamlığının pisləşməsinə səbəb ola bilər. 

Lent.az-ın xəbərinə görə, bu geostormun gücü böyük olacaq və o, həmçinin rabitə vasitələrinin işində problemlər yarada bilər.

Maqnit qasırğası haqqında nə məlumdur

Ekspertlrin məlumatına görə, iyulun 2-nə keçən gecə Yeri güclü maqnit qasırğası bürüyəcək və pik saatlarda G2-G3, (Kr 6-7) səviyyəsinə çata bilər. Həmçinin bu fqasırğanın uzanacağı və vəziyyətin yalnız həftəsonuna yaxın yaxşılaşacağı gözlənilir.

2 iyul, çərşənbə - geomaqnit aktivliyin Kr 6-a qədər artması

3 iyul, cümə axşamı - Kr 5-6 səviyyəsində güclü geomaqnit aktivliyi

4 iyul, cümə - geomaqnit aktivliyin tədricən azalması, Kr 5-dən Kr 4-ə qədər

Yalnız şənbə günü, iyulun 5-də geomaqnit vəziyyətin sabitləşməyə başlayacağı və mülayim və zəif qasırğa səviyyəsinə enəcəyi gözlənilir.

İyulun 1-də baş verən maqnit geostormunun təsirini: meteohəssas insanlar, xroniki xəstəlikləri olan insanlar, qocalar, kiçik uşaqlar hiss edə bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16168

Oxşar yazılar