Şadlıq evində ölüm hadisəsi
07 mart 2013 10:10 (UTC +04:00)

Şadlıq evində ölüm hadisəsi

0

Bakıda şadlıq evində ölüm hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şadlıq evlərindən birində məclis zamanı qonaqlardan biri - 1982-ci il təvəllüdlü Heydərov Mais Nəcəf oğlunun vəziyyəti qəflətən pisləşib.

 

Şadlıq evinə dərhal təcili tibbi yardım çağırılıb. M. Heydərov 7 saylı təcili tibbi yardım stansiyasına aparılarkən yolda keçinib.

 

Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı M. Heydərov bir il əvvəl ürəyindən əməliyyat olunub.

 

Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub. Araşdırmalar aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4850

Oxşar yazılar