Bakıda dələduzluq etmiş şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 30-da C.Səlimov küçəsində yerləşən şadlıq evində Yevlax rayon sakini İsrail Məmmədovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alıb qaytarmayaraq dələduzluq edən Bərdə rayon sakini, 1990-cı il təvəllüdlü Rövşən Məmmədov tutulub.
Araşdırma aparılır.