<b>Şair Saday Şəkərliyə hökm oxundu </b>- <span style="color:red;">10 İL
16 may 2016 17:58 (UTC +04:00)

Şair Saday Şəkərliyə hökm oxundu - 10 İL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Haciyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Saday Şəkərli 10 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən proses prokuror çıxışında Saday Şəkərlinin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

 

 

 S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Səlcuq Elçin

Oxşar yazılar