Saday Şəkərli yenidən məhkəmə qarşısında
20 iyul 2016 12:31 (UTC +04:00)

Saday Şəkərli yenidən məhkəmə qarşısında

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış ediblər.

 

 

Dövlət ittihamçısı S. Şəkərlinin ittiham olunduğu 182.3.2-ci maddənin 182.2.4-cü maddəyə tövsif edilməsini istəyib.

 

 

Proses avqustun 3-də davam edəcək.

 

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

APA Baycan

Oxşar yazılar