Şabranda iki qardaşın avtomobilləri toqquşdu
06 yanvar 2015 17:42 (UTC +04:00)

Şabranda iki qardaşın avtomobilləri toqquşdu

 

Bu gün Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonuna alma almağa gələn Biləsuvar rayon sakini Dadaşov İlqar Qurban oğlunun idarə etdiyi 12 BE 416 dövlət nömrə nişalı “QAZel” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan, onun qardaşı Vüqar Dadaşovun idarə etdiyi 12 BE 682 qeydiyyatlı “QAZel” markalı yük maşını toqquşub.

 

Daha sonra onlardan biri 10 TB 324 dövlət nömrə nişanlı sərnişin avtobusuna dəyib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar