Sabirabadda ağır qəza: <span style="color:red;">1 ölü, 2 yaralı
21 aprel 2014 12:34 (UTC +04:00)

Sabirabadda ağır qəza: 1 ölü, 2 yaralı

Aprelin 20-də saat 02 radələrində Sabirabad şəhərinin ərazisində ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Talıb Hüseynovun idarə etdiyi “VAZ 2106” və Qəzli kənd sakini Hidayət Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

T.Hüseynov hadisə yerində ölüb, H.Əhmədov və sərnişini, həmkəndlisi Eldəniz Mustafayev isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

# 862
avatar

Nizam Rza

Oxşar yazılar