Sabirabadda 30 yaşlı kişi bıçaqlandı
13 noyabr 2015 21:54 (UTC +04:00)

Sabirabadda 30 yaşlı kişi bıçaqlandı

0

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1985-ci il təvəllüdlü Məhərrəmov Toğrul Məhərrəm oğlu sol budun yuxarı arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Özünün bildirdiyinə görə, bir-neçə adamın mübahisəsi zamanı ona kimin tərəfindən bıçaq xəsarəti yetirildiyini görə bilməyib.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar