Sabirabad sakininin başına faciə gəldi
0
0
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Neftçala rayonu Qədimkənd kənd sakini, 36 yaşlı Əbülfəz Kərimov idarə etdiyi “KİA Sportage” markalı, 90-NC-794 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətinə hərəkət edərkən yolu keçən, Sabirabad rayonu Nuranı kənd sakini, 49 yaşlı Novruz Novruzovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
0
0