<b><span style="color:red;">"Süpürgəçiyə də təqaüd vəd edirdi"  - Sabiq polis rəisinin arvadının məhkəməsindən</b>
05 oktyabr 2016 16:38 (UTC +04:00)

"Süpürgəçiyə də təqaüd vəd edirdi" - Sabiq polis rəisinin arvadının məhkəməsindən

Keçmiş polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Onlar bildirib ki, medianın bu işi işıqlandırmasını istəmirlər. Zərərçəkən tərəf və prokuror prosesin qapalı keçirilməsinə heç bir səbəb olmadığını deyib. Vəsatət təmin edilməyib.

 Prosesdə şahid qismində Esmira Ağayeva ifadə verib. O, ifadəsində Qazaxıstan vətəndaşı olduğunu bildirib: "Anarə Məmmədovanın qonşusunun evində uşağa baxırdım. Anərənin də Samirə adlı qulluqçusu vardı. Samirə ilə münasibətimiz vardı. O, Anarənin uşaqlarına baxardı. Bir gün Anarə gəldi ki, Samirə evimdən oğurluq edib qaçıb. Bu xəbərə görə, münasibətimiz yaxşılaşdı. Qazaxıstan vətəndaşı olduğum üçün burada müvəqqəti qeydiyyata düşməliydim. Rüsumu ödəməyə pulum yoxuydu. Bununla bağlı Anarədən pul istədim. Vəziyyəti başa saldım. O, da pulu verdi, sağolsun. Ərim ağır xəstəydi, pal-paltar lazım idi. Anarə məni qohumları Leylanın yanına göndərdi. Leyla paltar verdi, evində işləməyimi istədi. Yalnız məni and içdirdi ki, Anarəyə bu barədə heç nə deməyim".

Bu zaman təqsirləndirilən Leyla Əkbərova şahidinin ifadəsinə kəskin etiraz edərək onun öyrədilərək yalan danışmaqda ittiham edib. Məhkəmədə gərginlik yaşandı.

 Esmira Ağayeva ifadəsini davam edib. O bildirib ki, Leyla yolda süpürgəçi görəndə deyirdi ki, gəl təqaüd düzəldim: “Hamını elə aldadırdı”.

Leyla Əkbərova bildirib ki, şahidin bütün verdiyi ifadələr həqiqəti əks elətdirmir.

Zərərçəkmişin vəkili  Vasif İsrafilov çıxış edib. O bildirib ki, Esmira Ağayevanın dedikləri əsasında Leyla Əkbərovanın cinayətinin üstünü açıb: “O, Anarə Məmmədovaya Leyla Əkbərova tərəfindən aldadıldığını deyib. Anarə də beləliklə aldadıldığını bilib".

Proses oktyabrın 17-nə davam edəcək.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən Leyla Əkbərova Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır. L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib. Leyla Əkbərova ümumilikdə 150 min manat pulu dələduzluqla mənimsəmədə təqsirləndirilir.

Onu da qeyd edək ki, sabiq polis rəisi həyat yoldaşı Leyla Əkbərova saxlanandan sonra onunla boşanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21