Sabiq nazirin müşavirinə 800 min "atan" şəxsin istintaqı bitdi
04 aprel 2017 12:01 (UTC +04:00)

Sabiq nazirin müşavirinə 800 min "atan" şəxsin istintaqı bitdi

 

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşavirinə qarşı dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxsin müdafiəsinə yeni vəkil Ülkər Bayramova qoşulub.

 

Daha sonra hakimlər kollegiyası məhkəmə istintaqının başa çatdığını elan edilib.

 

Prokuror Fərid Nağıyev çıxışa hazır olmadığını bildirib və bunun  üçün məhkəmədən vaxt istəyib.

 

Məhkəmə prokurorun istəyini qəbul edib.

 

Məhkəmə aprelin 13-də davam edəcək.

 

Rövşən Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Səlcuq Elçin

Oxşar yazılar