<b>Sabiq deputatın əmlakları dəyərləndiriləcək</b>
20 aprel 2017 16:52 (UTC +04:00)

Sabiq deputatın əmlakları dəyərləndiriləcək

Milli Məclisinin sabiq deputatı, Beynəlxalq Bankdan kredit alıb qaytarmamaqda təqsirləndirilən Dünyamin Xəlilov və Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müşaviri Akif Əliyev dindirilib.  O ifadəsində bildirib ki,  bütün göstərişləri Cahangir Hacıyevdən alıb:

 

" 2011-ci ildən 2015-ci ilə qədər bankın baş direktoru işləmişəm, eyni zamanda kredit komitəsinin üzvü olmuşam. Dünyamin Xəlilovu uzun müddətdir tanıyıram, onun Cahangir Hacıyevlə yaxın əlaqələri vardı. Cahangir Hacıyev Dünyamin Xəlilovu özü bizə təqdim edərək, ona kredit ayrılması barədə göstəriş vermişdi. Dünyamin Xəlilova ayrılan kreditlər heç müzakirə olunmurdu. Dünyamin Xəlilov Cahangir Hacıyevlə razılaşdıqdan sonra, banka göndərdiyi 30 nəfər şəxsin adına 6 milyon manat kredit götürüb. Bundan başqa 2008-ci ildə Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min dollar kredit ayrılması ilə bağlı Cahangir Hacıyevdən göstəriş alaraq icra edib”

Daha sonra prosesdə prokuror  çıxış edərək, təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoyulduğunu, lakin əmlakların qiymətləndirilməmədiyini deyib. Dövlət ittihamçısını bununla bağlı vəsatət verərək əmlakların dəyərinin müəyyən edilməsini istəyib.

 

Hakimlər kollegiyası prokurorun vəsatətini təmin ediblər. Cinayət işi üzrə əmtəəşünaslıq ekspertizası keçiriləcək. Buna görə də ekspertiza ilə əlaqədar olaraq, cinayət işinin icraatı dayandırılıb. Proses qeyri-müəyyən günə qədər təxirə düşüb.  

 

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

 

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Səlcuq Elçin

Oxşar yazılar