“Azərbaycan Beynəlxalq Bank”ından külli miqdarda kredit alıb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin nə qədər pul mənimsədikləri məlum olub.
Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, Xəlilov Dünyamin Zakir oğlu və qeyriləri tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə mənimsəmə və israf etmə cinayətlərinə görə həmin dövrün məzənnəsinə görə cəmi 50.057.529,53 manat təşkil edən 51.699.997,47 ABŞ dolları və 7.539.999,63 avro, vergidən yayınma cinayətinə görə 1.752.359,39 manat, vəzifədən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma cinayətlərinə görə cəmi 10.760.850 manat məbləğində maddi ziyan vurulub. Mənimsənilməklə israf edilmiş ziyandan həmin dövrün məzənnəsinə görə 7.254.900 manat təşkil edən 9.000.000 ABŞ dolları ödənilib.