Sabiq bankir Eldar Mahmudovla münasibətlərinə aydınlıq gətirdi
31 mart 2017 16:34 (UTC +04:00)

Sabiq bankir Eldar Mahmudovla münasibətlərinə aydınlıq gətirdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına  görə, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlər prezident İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ediblər. Məhkəməyə sədrlik edən Həbib Həsənov qeyd edib ki, zərərçəkmişlərin istəyi MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsidir

 

Məhkəmədə  şahid qismində “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyev ifadə verib. O, bu işdə zərərçəkmişlərdən V.Ələkbərovun rüşvət almasından xəbəri olmadığını söyləyib.

 

E.Əliyev zərərkəmişlərin suallarını cavablandırıb. Sabiq bankir  MTN-in sabiq rəisi Eldar Mahmudovla əlbir olması barədə səslənən fikirlərə münasibət bildirib: "Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm? Mənim özümüm də həbs etmişdilər”.

 

Məhkəmə aprelin 7-də davam edəcək.

 

 Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10