Sabah təmas xəttində monitorinq keçiriləcək
01 dekabr 2015 11:21 (UTC +04:00)

Sabah təmas xəttində monitorinq keçiriləcək

0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Ağdamrayonunun Orta Qərvənd kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Saymon Tiller keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar