
Sabah Azərbaycanın bu ərazilərində təbii qaz olmayacaq
Sumqayıtda "Şəhər 4" orta təzyiqli yeraltı qaz kəmərində baş vermiş sızma nəticəsində sabah şəhərin bir sıra ərazilərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Sumqayıt Qaz İstismarı Sahəsindən Lent.az-a verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 10-da saat 10:00-dan saat 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrin, 11, 12, 13, 20, 21-ci mikrorayonların, Corat qəsəbəsi, Novxanı, Saray, Corat və Metallurq bağları, Yaşıldərə yaşayış massivində qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Oxşar yazılar

Hovuza düşən yaşlı kişi boğulub öldü
3 iyul 2025 , 20:52Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
İmişlidə məktəblilərin öldüyü qəzaya görə saxlanılanlara hökm oxundu
3 iyul 2025 , 18:40
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10
Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13