<b>Rusiyadan Azərbaycana gələn avtobus aşdı: <span style="color:red;">11 yaralı </b> - YENİLƏNİB
16 iyun 2017 18:54 (UTC +04:00)

Rusiyadan Azərbaycana gələn avtobus aşdı: 11 yaralı - YENİLƏNİB

 
 

Nijni Novqorod-Bakı marşrutu üzrə hərəkətdə olan mikroavtobusun Kalmıkiya ərazisində qəzaya uğraması nəticəsində xəsarət alanların hamısı Azərbaycan vətəndaşıdır.

 

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti"-yə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.

 

"Hadisə nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Onların hamısı Komsomolski qəsəbəsində xəstəxanaya yerləşdirilib. Mikroavtobusda 17 nəfər olub, onlardan 9-u uşaqdır. Sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır”, - deyə Mərkəzdən bildiriblər.  

 

Məlumatda o da qeyd olunub ki, xəsarət alanlar arasında ağır vəziyyətdə olan yoxdur.

 

Qəza zamanı yanğın baş verməyib, yolda avtomobillərin hərəkətinə maneə yaranmayıb.
 
 
***
 
 
17:42
 
 
Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.
 
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.
 
Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.
 
Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.
 
Qəzanın baş vermə şəraiti araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

APA Baycan

Oxşar yazılar