Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlını beynəlxalq axtarışa verib. Lent.az xəbər verir ki, Gürcüstan Respublikasının vətəndaşı olan 25 yaşlı Salman Musayev bu ölkədə qətl törətməkdə təqsirli bilinir və məhkəmə qərarı ilə barəsində beynəlxalq axtarış elan edilib.
Bildirilir ki, Salman Musayev Gürcüstanın Marneuli rayonunun sakinidir və rus və Azərbaycan dillərini bilir. Onun boyu 1 metr 70 santimetr, sa,larının və gözlərinin rəngi qaradır.