Rusiyada axtarışda olan şəxs Bakıda yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə axtarışda olan Səbahəddin Qafarov saxlanılıb.