Rusiyada adam öldürdü, Bakıda HÖKM OXUNDU
03 avqust 2019 09:25 (UTC +04:00)

Rusiyada adam öldürdü, Bakıda HÖKM OXUNDU

0
 
Bakı məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Murad Məmmədovu günahkar kimi tanıyaraq barəsində hökm çıxarıb.
 
Lemt.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Məmmədov 2003-cü ilin mart ayında ətrafına həmyerlilərindən ibarət dəstə toplayaraq Sankt-Peterburqun iş adamlarına “himayədarlıq” edib. Cinayətkarlar qətllər və zorakılıqla pul qazanıblar. 
 
Məlumata görə, Məmmədovun dəstəsi 2007-ci ilin noyabr ayında Peterburqdakı restoranlardan birinin sahibindən himayəyə görə onlara hər ay 10 min rubl verilməsini tələb edib. 2009-cu ilin yanvarında iş adamı “himayəyə” görə pul ödəməkdən imtina edib. Bundan sonra cinayətkarlar onun maşınını yandırıb, bir neçə ay keçdikdə isə peterburqlunun 22 yaşlı qızını öldürüblər. 
 
Məmmədov Azərbaycana gəlməklə Rusiya istintaq orqanlarının cinayətlərlə bağlı ilkin araşdırması prosesindən yayınıb. 2017-ci ildə məhkəməm onu Rusiya vətəndaşlığından məhrum edib. 2018-ci ildə saxlanılıb barəsində həbs qətimkan tədbiri seçiləndən sonra onun barəsindəki cinayət işi Azərbaycanın hüquq-mühafizə orqanlarına verilib. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar