Bu gecə Hindistanın Mumbay şəhərindəki limanda Rusiya istehsalı olan “Sindxurakşat” sualtı qayığında əvvəlcə partlayış, sonra yanğın baş verib. Lent.az-ın “NDTV”yə istinadən verdiyi məlumata görə, “Sevmaş” müəssisəsinin inşa etdirdiyi qayığın göyərtəsində 18 dənizçi olub.
Onlardan 3-ü oddan xilas olmaq üçün suya tullanan zabitlər olub. Qalanlardan bir neçəsi xəstəxanaya çatdırılıb. Ekipajın qalan hissəsinin taleyi məlum deyil. Hökumət hadisənin səbəblərinin araşdırmaq üçün komissiya yaradıb.
Qeyd edək ki, “Sindxurakşak” gəmisi 2010-cu ildə də yanıb. Həmin vaxt 1 matros ölüb. Bundan sonra qayıq Rusiyanın başqa zavodunda modernləşdirilib.