Röyanın keçmiş qaynatasının qohumları məhkəmədə...
08 fevral 2018 16:02 (UTC +04:00)

Röyanın keçmiş qaynatasının qohumları məhkəmədə...

 
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmə prosesi davam edib. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nazim Aslanov ifadə verib. O bildirib ki, Cingiz Cəlilovla qohumdur: "Kreditə pul götürülüb. Pulları adıma götürdük, verdim Pərvizə.  "Çudo Peçka" inkişafına görə götürdüm, şirkəti böyüdəcəkdilər. Qohum kimi köməklik elədim".
 
 
Elmar Hüseynov isə qeyd edib ki, Çingiz Cəlilovla xalaoğludurlar: ""Nəsimi bazarı"nda olan mağazada müdir olmuşam. 2008-ci ilə qədər orda çalışmışam. Yardım məqsədilə adıma pul götürülüb. Bankdan pulları götürüb Pərvizə vermişəm".
 
 
Nəsimi Abbasov bildirib ki, Çingiz Cəlilov onların ağsaqqalı olub: "Şirkətimizin sahibi idi. Bizə ağsaqqalıq edirdi. Mühafizəçi çalışmışam. İstintaqa nə bilirəmsə danışmışam, onu təsdiq edirəm".
 
Akif Aliyev bildirib ki, şirkətdə çalışıb: "Adıma kredit müqaviləsi rəsmləşdirilib, lakin pulu alıb şikrətin inkişafı üçün rəhbər şəxslərə vermişəm".
 
Məhkəmə fevralın 15-ə təyin edilib.
 
 
Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov "Standart Bank"ın idarə heyyətinin sədri Səlim Kirmanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyib, aralarında bölüblər.
 
Çingiz Cəlilov və yaxınları aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
 
Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.
Səlim Kriman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165

Oxşar yazılar