Rövşən Lənkəranskinin avtoritet rəqibini restoranda güllələdilər
08 aprel 2014 11:39 (UTC +04:00)

Rövşən Lənkəranskinin avtoritet rəqibini restoranda güllələdilər

Dünən Odessada “Veçerniy Baku” restoranında 39 yaşlı keçmiş “vorzakon” Baxış Əliyev güllələnib. Lent.az-ın məlumatına görə, bu barədə "qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər yayıb. Bildirilir ki, kriminal dairələrdə “Vaxa” ləqəbi ilə tanınan avtoritetlə yanaşı onun mühafizəçisi də öldürülüb.

 

 

Qeyd edək ki, Gürcüstan sakini olan, etnik azərbaycanlı Baxış Əliyevin hələ 2004-cü ildə Moskvada tacqoyma mərasimi olub. O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilmir və onu ancaq xuliqanlığa görə həbs etmək mümkün olur. Belə ki, “Vaxa” girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir və onun bu davranışı oğru qaydalarına zidd hesab edildiyi üçün o, 2007-ci ildə “vorzakon” titulundan məhrum edilir. 

 

Daha sonra gürcü avtoritetlərlə Ded Xasan arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur. 2012-ci ildə növbəti deportasiyası zamanı Əliyev İstanbulda Lənkəranskinin rəhbərlik etdiyi vorzakonlarla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən Əliyev bütün oğru hüquqlarından məhrum edilir.

 

 

# 2161
avatar

Oxşar yazılar

Azərbaycanda mülki polis özünü asdı

Azərbaycanda mülki polis özünü asdı

4 may 2024 , 10:02
Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

4 may 2024 , 09:24
Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

4 may 2024 , 07:45
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27