Rəsul Cəfərov məhkəmədə son söz dedi
15 aprel 2015 11:22 (UTC +04:00)

Rəsul Cəfərov məhkəmədə son söz dedi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə.məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərov son sözlə çıxış edib. Ona qarşı verilən ittihamların əsassız olduğunu, bütün qrant müqavilərin qanuni olduğunu deyib. Məhkəmə hökm oxumaq üçün prosesi sabaha qədər təxirə salıb
Qeyd edək ki, dövlət ittihamçısı keçən proses məhkəmədən hüquq müdafiəçisinin 9il azadlıqdan məhrum edilməsini istəmişdi
 
Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
 
R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Səlcuq Elçin

Oxşar yazılar