Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı keçən proses məhkəmədən hüquq müdafiəçisinin 9 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülmüş, haqqında həbs qətimkan tədbiri seçilmişdi.
R. Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunurdu.