Restorandan oğurluq edən 17 yaşlı gəncə hökm oxundu
04 avqust 2016 16:22 (UTC +04:00)

Restorandan oğurluq edən 17 yaşlı gəncə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən 1999-cu il təvəllüdlü, Hövsan qəsəbə sakini Fuad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə F.Hüseynov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında F.Hüseynovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, F.Hüseynov Suraxanı rayon ərazisində yerləşən restorandan soyğunçuluq hadisəsi törədib. Polis tərəfindən saxlanılan 17 yaşlı gəncin oğurluq etdiyi ortaya çıxıb.

F.Hüseynov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Səlcuq Elçin

Oxşar yazılar