Məşhur meyxanaçı Rəşad Dağlının Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlaması ilə bağlı məlumat yayılıb. Lent.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, Rüfət Nasosnu məsələ ilə bağlı açıqlama verib. O, xəbərin həqiqətə uyğun olmadığını dilə gətirib: "Belə bir hadisə olmayıb. Yanlış məlumatdır”.
*****
10:28
Məşhur meyxanaçı Rəşad Dağlı Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb. Lent.az-ın Olke.az-a istinadən verdiyi məlumata görə, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnib.
Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.