Rauf Mirqədirovun məhkəməsində şahidlər ifadə verib
02 dekabr 2015 12:16 (UTC +04:00)

Rauf Mirqədirovun məhkəməsində şahidlər ifadə verib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi  qapalı prosesdə şahidlər ifadə verib. Məhkəmə prosesi dekabrın 9-da davam edəcək.

 

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Səlcuq Elçin

Oxşar yazılar