Rasim Əliyevin ölümündə təqsirləndirilənlərə <span style="color:red;">BƏRAƏT TƏLƏBİ
20 aprel 2016 15:06 (UTC +04:00)

Rasim Əliyevin ölümündə təqsirləndirilənlərə BƏRAƏT TƏLƏBİ

 Jurnalist Rasim Əliyevin döyərək öldürməkdə təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

Bu barədə Lent.az-a vəkil Şəmsəddin Quliyev məlumat verib.

O, bildirib ki,  şikayət dünən artıq Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

“Təqsirləndiriləndən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev və Samir Mustafayevlə müqavilə bağlamışam. Şikayətimdə Elşən İsmayılovun təqsirli bilindikləri maddələrin Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), Arif Əliyev və Camal Məmmədovun maddəsinin isə 221.2.1-ci (Xuliqanlıq, bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddələrinə tövsif olunmasını tələb etmişəm. Samir Mustafayevə isə bəraət tələb edirik”.

Təqsirləndirilənlərdən Kənan Mədətovun müdafiəçisi Rəsul Yusifbəylidir. O da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev  isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Səlcuq Elçin

Oxşar yazılar