Ramil Usubov Bərdəyə gedib
31 may 2014 16:31 (UTC +04:00)

Ramil Usubov Bərdəyə gedib

Daxili işlər naziri Ramil Usubov bu gün Bərdə Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı rayonlarından olan 55 nəfər sakin iştirak edib.

 

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

 

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 324 nəfər də qəbulda iştirak edib. R.Usubov onların arasından daha yararlı və hazırlıqlı olan 65 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.

 

Tədbirdə iştirak edənlər vətəndaşların qəbuluna və müraciətlərinə diqqətlə, xüsusi həssaslıqla və operativ şəkildə yanaşılması barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06