Rabitə nazirliyinin əməkdaşlarının məhkəməsi başlayıb
21 sentyabr 2016 15:55 (UTC +04:00)

Rabitə nazirliyinin əməkdaşlarının məhkəməsi başlayıb

0

 

Bu gün mənimsəmədə, vəzifədən sui-istifadədə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İB-nin Nizami rayon qovşağının rəisi Fətullah Hüseynov və həmin qovşağın baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən vəkilləri müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət veriblər. Vəsatət təmin edilməyib.

 

Məhkəmə baxışı sentyabrın  29-a təyin edilib.

 

Qeyd edək ki,  təqsiləndirilən şəxslər ləğv edilən MTN-nin sabiq naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra həbs edilib

 

F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

 

Onu da qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

 

Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar