“Barselona”nın qapıçısı Klaudio Bravo İngiltərəyə köçməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə “El Mundo Deportivo” nəşri xəbər yayıb.
Bildirilib ki, artıq çilili “çərçivə qoruyucusu” “Mançester Siti” ilə şəxsi razılaşma əldə edib.
Onun təmsilçiləri “Barselona” rəhbərliyinə də oyunçunun başqa kluba keçmək istəməsi barədə məlumat veriblər.
İddialara görə, “şəhərlilər” bu keçid qarşılığında katalonlara təxminən 20-25 milyon avro ödəməyə hazırdı.