Qusarda qətl törədilib - <span style="color:red;">YENİLƏNİB
30 iyun 2015 15:18 (UTC +04:00)

Qusarda qətl törədilib - YENİLƏNİB

0

Qusar rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndində Bakı şəhər sakini, 1945-ci il təvəllüdü Ramiz Gülməmməd oğlu Verdiyevi odlu silahla qətlə yetirməkdə təqsirli bilinən şəxs, 1967-ci il təvəllüdü Eynullah Cahangir oğlu Hacıyev qətlin baş verdiyi evin gözətçisi olub.

 

Öldürülən şəxs isə yaşayış evində qonaq olub. Qətli törədən şəxsin sərxoşluğa meylli olduğu bildirilir.

 

Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir. 

**

12:10

Qusar rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, Çiləgir kəndindəki fərdi yaşayış evində Bakı sakini, 1945-ci il təvəllüdlü Verdiyev Ramiz Gülməmməd oğlu odlu silahla qətlə yetirilib.

Hadisənin 1967-ci il təvəllüdü Hacıyev Eynulla Cahangir oğlu tərəfindən törədildiyi məlum olub və onun axtarışlarına başlanılıb.

Qeyd edəkki, hadisə ilə bağlı ilk məlumatı anspress.com yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar