Qusarda köhnə məktəb yanıb
05 fevral 2013 02:50 (UTC +04:00)

Qusarda köhnə məktəb yanıb

Qusar rayonunda yanğın faktı qeydə alınıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Hiloba kəndində yerləşən məktəb binası yanıb. İstifadəsiz və qəzalı vəziyyətdə olan 112 kvadratmetrlik tikilidə baş verən yanğının söndürülməsi üçün əraziyə Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425
avatar

Oxşar yazılar