<b>Qulu Məhərrəmlinin vəsatəti təmin edildi</b>
25 aprel 2016 17:33 (UTC +04:00)

Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

 

 

Bu gün Nəsimi Rayon Məhkəməsində AZTV sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı mülki qaydada dəymiş ziyanın ödənilməsi barədə verdiyi şikayət üzrə məhkəmə keçirilib.

 

 

 

Lent.az-ın məlumatına görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Qulu Məhərrəmlinin vəkil Nicat Gözəlov vəsatətlə çıxış edib.

N.Gözəlov vəsatətində, Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırdığını və hazırda işə linqivistik ekspertizanın təyin olduğunu bildirib. O, Yasamal Rayon Məhkəməsində baxılan işin nəticəsi olana qədər Nəsimi Rayon məhkəməsində keçirilən iş üzrə icraatın dayandırılmasını istəyib. Vəsatət təmin olunub.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanov ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. Hazırda Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Səlcuq Elçin

Oxşar yazılar