Quldurluqda ittiham olunan şəxslərin məhkəməsi başlayıb
06 yanvar 2016 11:34 (UTC +04:00)

Quldurluqda ittiham olunan şəxslərin məhkəməsi başlayıb

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Əsədli və Zahid İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Z.İsmayılovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsin heç bir cinayət əməli törətmədiyi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Vəkil vəsatətində cinayət işinin tanınmasına dair istintaq protokolu və üzləşməyə dair istintaq sübutlarının cinayət işi materiallarından xaric edilməsini istəyib. Hakimlər kollegiyasını vəsatətlə tanış olmaq üçün məhkəmənin hazırlıq iclasını yanvarın 8-ə qədər təxirə salıb.

 

Qeyd edək ki, ittihama görə, hadisə keçən il Dərnəgül qəsəbəsində baş verib. İttiham aktına görə, Elnur Əsədli və Zahid İsmayılov qəsəbədə yerləşən topdan satış mərkəzinə daxil olub və həmin mağazanın satıcısını bıçaqla qorxudaraq külli miqdarda quldurluq yolu ilə pul ələ keçiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Səlcuq Elçin

Oxşar yazılar