Qubada nazirliyin yüksək vəzifəli əməkdaşı qəzaya düşdü
29 yanvar 2015 20:57 (UTC +04:00)

Qubada nazirliyin yüksək vəzifəli əməkdaşı qəzaya düşdü

Bu gün axşam saatlarında Quba – Xaçmaz yolunda qəza baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə  Quba-Xaçmaz yolunun 4-cü km-də, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mətləb Cəfərovun idarə etdiyi “Nissan” markalı minik avtomobili Xaçmazdan Quba istiqamətində hərəkətdə olarkən qəfil yola çıxan Quba rayonunun Zizik kənd sakini Xəyyam Məmmədova məxsus  odunla dolu at arabasına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

 

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

 

Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiridir.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 62
avatar

Oxşar yazılar