Qubada maşın dərəyə aşdı: 2 yaralı
26 noyabr 2015 01:28 (UTC +04:00)

Qubada maşın dərəyə aşdı: 2 yaralı

0

Ötən gün axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası yolunda yol nəqliyyat hadisəsi bas verib.

 

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonunun Mirzəmməd kəndi ərazisində qeydə alınıb.

 

Quba rayonu, Mirzəmmed kənd sakini, 1994-cü il təvəllüdlü Baxışov Şıxmurad idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin, 1994-cü il təvəllüdlü Qəribov Məftun xəsarət alıb.

 

Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən hər iki şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar