Qonşusunun qətlə yetirən şəxsə <span style="color:red;">15 İL HƏBS
05 avqust 2016 12:19 (UTC +04:00)

Qonşusunun qətlə yetirən şəxsə 15 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl  keçən ilin dekabrında Binəqədi rayonunda baş verib. Rayon sakini, 32 yaşlı Kamran Bağırov qonşusu  29 yaşlı Cümşüd Rüstəmovu mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib. Kamran Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Səlcuq Elçin

Oxşar yazılar