Qonşusunu öldürən 19 yaşlı gəncin məhkəməsi başladı
12 mart 2015 15:59 (UTC +04:00)

Qonşusunu öldürən 19 yaşlı gəncin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Əlihüseyn Fətəlluyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 16-a təyin edilib.

Qeyd edək ki, qətl keçən il noyabrın 11-də Xaçmaz şəhərindəki 92 saylı texniki peşə liseyinin qarşısında qeydə alınıb. Bir-birilə qonşuluqda yaşayan 19 yaşlı Əlihüseyn Fətullayev mübahisə zəminində 21 yaşlı Polad Nəbiyevi bıçaqla qətlə yetirib. Xaçmaz rayon prokurorluğunun və polis şöbəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Əlihüseyn Fətullayev şübhəli şəxs kimi saxlanılıb.

Onu da qeyd edək ki, Əlihüseyn Fətullayev bir müddət əvvəl nənəsinin evindən oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub. Yalnız o, həmin vaxt şərti cəza alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Səlcuq Elçin

Oxşar yazılar