Qonşusunu bıçaqlayan şəxsin məhkəməsi başladı
18 aprel 2016 12:24 (UTC +04:00)

Qonşusunu bıçaqlayan şəxsin məhkəməsi başladı

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu söyüş üstündə öldürməyə cəhd edən İsbat Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 25-ə təyin edilib.

 

 

Qeyd edək ki, hadisə keçən il Qobustan rayonunda baş verib. Rayon sakini Nicat Cəbrayılov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Araşdırmalar zamanı məlum olub ki, Nicat Cəbrayılov qonşusu İsbat Hümbətov tərəfindən bıçaqlanıb. Qonşular arasında mübahisə olub və Nicat Cəbrayılov İsbat Hümbətovu söyüb. Bu zaman əsəblərini cilovlaya bilməyən İsbat Hümbətov bıçağa əl atıb. O, Nicat Cəbrayılova bir neçə zərbə vurub. Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş İsbat Hümbətov tutulub. Ona Cinayət Məcəlləsinin 29.120(öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Səlcuq Elçin

Oxşar yazılar