Qonşusuna 17 bıçaq zərbəsi vuran şəxs hökmdən şikayət verib
05 avqust 2016 10:42 (UTC +04:00)

Qonşusuna 17 bıçaq zərbəsi vuran şəxs hökmdən şikayət verib

0

 

Bakıda qonşusunu qətlə yetirən Vüqar Fəttayev birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə şikayət üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmənin baxış iclası avqustun 18-ə təyin edilib. Vüqar Fəttayevdən başqa dövlət ittihamçısı ona verilən cəzanın yüngül olduğunu hesab edərək, apellyasiya protesti verib.

 

Qeyd edək ki, qətl ötən ilin avqust ayında Badamdar yolu, ev 105 ünvanında baş verib. 1990-cı il təvəllüdlü Vüqar Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib. V.Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V.Fəttayev tutulub.

 

Bu il may ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə F.Fəttayev 16 il müddətinə azadlıqdan məhrum edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar