Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 26-da Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Kazım Hüseynov ərizə ilə polisə şikayət edib. O, ərizəsində bildirib ki, evinə qonaq gələn onun tanışı, Valeh adlı şəxs əl çantasından 1300 manat pul və qızıl boyunbağını götürüb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Valeh Əzizov tutulub.
Araşdırmalar davam etdirilir.