Qohumunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi
18 aprel 2017 11:43 (UTC +04:00)

Qohumunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

0

 

 

Qohumunu münaqişə zəminində bıçaqlamaqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Orxan Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, O. Fərzəliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs edilib.

 

Qeys edək ki, hadisə 2016-cı ilin noyabrında Siyəzən şəhərində baş verib. O. Fərzəliyev aralarında yaranan münaqişə zəminində qohumu Samir Məmmədovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan S. Məmmədovun həyatını xilas etmək mümkün olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar