Qızına cehiz alıb pulun verə bilməyərək dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsin hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş. Amanovanın qızı Lalə Əliyeva şahid qismində ifadə verib. O, anasının əməllərindən xəbəri olmadığını, ona alınan cehizin pulun sonradan imkanları olmadığı üçün verə bilmədiyini deyib.
İclasda Ş. Amanova əlavə şahidlərin çağırılıb dindirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Proses aprelin 12-də davam edəcək. Qeyd edək ki, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. Soradan pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.